Əsas Səhifə > Hadisə > Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı
Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı17-10-2019, 18:51 |
Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb. Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib. Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı şöbədə araşdırmalara başlanılıb. Geri qayıt |