İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda məktub göndərərək onu Tehrana səfərə dəvət edib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani məlumat verib.
“İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralından Ər-Riyada səfər etmək üçün dəvət alıb və həmçinin Salman bin Əbdüləziz Al Səuda yazılı dəvət göndərib”, - deyə Naser Kənani vurğulayıb.
Mənbə: Tasnim