İsveçdə bu gün 14 ölkə və 26 000 şəxsi heyətin iştirakı ilə son 25 ilin ən böyük hərbi təlimi başlayır.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Avrora-23” adlanan təlimlər 2023-cü il mayın 11-də başa çatacaq. Ölkənin cənubunda, Baltik dənizindəki Qotland adasının yaxınlığında aparılan təlimlərin məqsədi İsveçə silahlı hücumun qarşısını almaq üçün toplanmış potensialı gücləndirməkdir.
Təlimlərdə İsveçlə yanaşı, Estoniya, Latviya, Litva, Ukrayna, Polşa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, eləcə də Finlandiya, Norveç və Danimarka hərbçiləri iştirak edəcəklər.
Mənbə: Komsomolskaya Pravda