Əsas Səhifə > Hadisə > Naxçıvanda tələbəni avtomobil vurub

Naxçıvanda tələbəni avtomobil vurub


17-04-2023, 11:18


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Mikrorayon” adlanan ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü, Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.



Geri qayıt