Əsas Səhifə > Cəmiyyət > Azərbaycandan qaçan şəxs Belarusda tutuldu

Azərbaycandan qaçan şəxs Belarusda tutuldu


15-04-2023, 16:02


Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsi tərəfindən axtarışa verilən 1984-cü il təvəllüdlü Zamik Haşımov Belarusda saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Z.Haşımov Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və israf etmə) maddəsi ilə ittiham edilib. Onun ölkədən getməsi müəyyən edildiyi üçün barəsində beynəlxalq axtarış elan edilib.

Şəffaflıq.az


Geri qayıt