Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuz (Bettany Hughes) Şəkidədir. Bu barədə o, özünün “Instagram” hesabından paylaşım edib.
“Səhər! Bu, gözəl xatirədir”, - deyə o bildirib.
Xatırladaq ki, Bettani Hyuz “BBC World News” telekanalında nümayiş olunan “Azərbaycan möcüzələri” ekran əsərinin müəllifidir. O, çəkilişlər üçün ötən ilin iyun ayında Azərbaycana səfər etmişdi. İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin heyranedici tarixi, mədəni irs xəzinələri araşdırılıb və təqdim edilib.
“İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.
Şəffaflıq.az