Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Şəffaflıq.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,40 ABŞ dolları və ya 0,44% azalaraq 90,09 dollara enib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.