Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.
Şəffaflıq.az-ın məlumatına görə, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.
Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.