Əsas Səhifə > Cəmiyyət > Kəlbəcər rayonunun Çaykənd kəndi - FOTO

Kəlbəcər rayonunun Çaykənd kəndi - FOTO


14-04-2023, 14:40


Kəlbəcər rayonunun Çaykənd kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Çaykənd kəndi Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çaykənd kəndinin görüntülərini təqdim edir.














Şəffaflıq.az


Geri qayıt