Ötən gün Azərbaycanın müxtəlif bölgələrinə yağan güclü yağış Şəkidə bir sıra fəsadlara yol açıb.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilir ki, təxminən 20 dəqiqə davam edən leysandan sonra şəhərin mərkəzi küçələri su altında qalıb.
Şikayətçinin sözlərinə görə, ərazidə 6 ildən artıqdır ki, kanalizasiya xətləri təmir olunur. Davam dən təmir işləri isə heç bir müsbət nəticə vermir.
Sözügedən görüntüləri təqdim edirik: