Əsas Səhifə > Hadisə > Nizami rayonunda yeniyetməni avtomobil vurub

Nizami rayonunda yeniyetməni avtomobil vurub


14-04-2023, 12:53


Bakının Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hüseyn Rövşən oğlu Ələkbərovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Şəffaflıq.az


Geri qayıt