Əsas Səhifə > REGİON > "Türkiyə qoşunları əməliyyat bitdikdən sonra Suriyanı tərk edəcək" - ƏRDOĞAN
"Türkiyə qoşunları əməliyyat bitdikdən sonra Suriyanı tərk edəcək" - ƏRDOĞAN16-10-2019, 11:46 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qoşunları Suriyanın şimalından bu bölgədə aparılan antiterror əməliyyatları bitdikdən sonra çıxarmaq niyyətində olduqlarını bildirib. Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Suriyadakı vəziyyətin nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. “Ərdoğan, prinsipcə, hər kəsə əməliyyat keçirməyə hazırlaşdıqlarını, əməliyyatın məqsədinin terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq olduğunu xəbərdar edib. Təbii ki, bu vəzifəni yerinə yetirən kimi türk qoşunları Suriyanın şimalından çıxarılacaq”, - deyə Lavrentyev qeyd edib. O, qoşunların çıxarılacağı vaxtla bağlı hər hansı tarix səsləndirməyib. Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Rusiyanın mövqeyini xatırladıb və bildirib ki, Suriyanın Türkiyə ilə sərhədində yalnız suriyalı əsgərlər yerləşdirilməlidir və bu, Suriyadan Türkiyəyə qarşı çıxan terror hücumlarından qorunmanın ən yaxşı zəmanəti olacaq. Şəffaflıq.az Geri qayıt |