Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.