Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, naməlum şəraitdə dünyasını dəyişən 1988-ci il təvəllüdlü Günel Məmmədovanın meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.
Hazırda onun ölüm səbəbləri müəyyən olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.