“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir.
Bildirilir ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanlarının sayı 290 nəfər təşkil edir.
“Ermənistan Respublikası dəqiq məlumatların əks olunduğu mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.