Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Akif Əlizadə: Gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur
Akif Əlizadə: Gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur7-12-2018, 20:49 |
Azərbaycan Respublikasının Nazirlər Kabinetində gənc alimlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara güzəştli kreditlərin verilməsi məsələsinə baxılır. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə məlumat verib. A.Əlizadə bildirib ki, 2019-cu ilin yanvar-mart aylarından başlayaraq gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. AMEA-nın prezidenti qeyd edib ki, dövlətimizin başçısının göstərişi ilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Artıq Masazır gölü ətrafında sərfəli qiymətlərlə gənc alimlər üçün binanın tikintisi aparılır. Bundan başqa iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlərimiz artıq 1000-1500 manat civarında əməkhaqqı alırlar. A.Əlizadə yaxın illərdə artıq Yüksək Texnologiyalar Parkının AMEA-nın büdcəsinə əlavə gəlirlər gətirəcəyini vurğulayıb və qeyd edib ki, bu gəlirlərdən gənc alimlərin elmə həvəsini stimullaşdırmaq üçün istifadə olunacaq. Şəffaflıq.az
Geri qayıt |