Əsas Səhifə > Gündəm > Ulduz falı: 13 aprel, 2023-cü il

Ulduz falı: 13 aprel, 2023-cü il


13-04-2023, 00:01



Şəffaflıq.az 13 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:

Qoç

Bu gün o qədər parıldayırsan ki, heç kim bunu inkar edə bilməz. Gün ərzində özünüzü həyatın mərkəzinə qoyun. Diqqəti cəlb etməkdən qaçınmayın.

Normalda səhnə arxasında qalmağa üstünlük versəniz belə, bu gün özünüzü pərdənin qarşısına atmağın vaxtıdır! Bunu sadəcə diqqət göstərmək deyil, bacarıqlarınızı sübut etmək üçün bir fürsət kimi düşünün.

Bütün zəhmətinizə və layiq olduğunuz gələcəyə görə bunu özünüzə borclusunuz. Eşq həyatınızdakı təlatümlər sizi karyeranızfan yayındırmamalıdır!

Buğa

Hər şeyə yüngülvari yanaşmaq bəzən tənbəllik kimi qəbul edilsə də, hazırda ediləcək ən ağıllı şey elə budur.

Nəzarət edə bilməyəcəyiniz şeylər barədə narahat olmaq üçün vaxtınızı və enerjinizi sərf etmək əvəzinə, onları düşünməyin.

Qarşıda sizi uzun ömür gözləyir və bir müddət sonra yaddaşınızdan silinəcək insanların sizi ruhən yormasına izin verməyin.

Psixi sağlamlığınıza diqqət yetirin. Başqa bir macəraya başlamazdan əvvəl hər şeyin qaydasında olduğundan əmin olun.

Bəzi insanlara həddən artıq dözürsünüz. İndi hər şeyi dəyişməyin vaxtıdır.

Əkizlər

Bu gün xüsusi insanlarla ünsiyyətdə olacaqsınız. Qəribə bir cazibəniz var. Sizə nə isə verə biləcək insanları cəlb edirsiniz və varlığınızla onları heyran edirsiniz.

Maliyyə məsələlərində bir az canınız sıxıla bilər. Qeyri-müəyyənlik və problem ehtimalı, sizi real problemlərdən daha çox qorxudur. Kiçik şeyləri çox düşünmək yerinə, böyük planınıza zaman ayırın.

İnamla çıxdığınız bu yolda kiçik uğursuzluqların sizi dayandıra bilməyəcəyini anladığınız zaman özünüzü daha yaxşı hiss edə bilərsiniz.

Xərçəng

Bu gün gözlənilməz qazanc əldə edə bilərsiniz. Bu gözəl sürprizlə əhvalınızı yüksəldəcək. Bəzi narahatlıqlarınız öz-özünə yox olacaq. Bir müddətdir ağlınızda olan, etmək istədiyiniz amma başlaya bilmədiyiniz bir şey varsa, bu gün ona başalayacqsınız.

Yola çıxdığınız zaman ən çətin addımı keçmiş olacaqsınız. Motivasiyanızı artırmaq üçün özünüzə bir yoldaş axtara bilərsiniz. Hətta sizinlə eyni fikirləri və həvəsləri paylaşan birinin olduğunu bilmək yaxşı ola bilər. Daxili hesablaşmanızın çətin olacağı bu gündə ətrafınızda çox insanın olması tövsiyyə edilir.

Şir

Adi temp bu gün sizin üçün kifayət etməyə bilər. Siz enerji ilə dolusunuz və bunu gündəlik işlərlə bitirə bilmirsiniz.

Gündəlik işləri unudun və əsl özünüzü ortaya qoya biləcəyiniz işlə məşğul olun.

Uşaqlıq arzularınızdan birinin gerçəkləşdiyinin şahidi ola bilərsiniz. Ətrafınızdakı hər şeyi, oxuduqlarınızı, danışdığınız insanları, olduğunuz yerləri, sizi təkmilləşdirmək üçün hər şeyi tənzimləməlisiniz. Bu gün açdığınız qapılar kifayət qədər yaxşı yerlərə aparma potensialına malikdir.

Ona görə də şansınızdan maksimum istifadə edin.

Qız

Axar suyu, çayı idarə edə, qarşını ala bilərsənmi?

Əgər başınıza nə gələcəyini təxmin etməyə çalışırsınızsa, ətrafınızdakı hər kəsin reaksiyalarını bildiyinizi düşünürsünüzsə və buna uyğun hazırlıq görürüsünüzsə, uğursuzluğun ola biləcəyi mümkündürmü sizcə?

Başqalarının yerinə qərar verməyin. Özünüzə güvənin. İşləriniiz rəvan getməsi üçün həyatı axarına buraxın. Belə olan halda xoş sürprizlərlə də qarşılaşa bilərsiniz.

Hər şeyin yaxşı getməsi üçün bütün məsuliyyəti üzərinizə götürməyin.

Üzərinizə düşəni edin. Qalanını başqaları düşünsün...

Tərəzi

Bu gün kimsə sizə rəhbərlik edə bilər. Bu sizi rahatlaşdıracaq. Ailə üzvlərinizdən birinin ideyalarına əməl etməyiniz hər iki tərəf üçün müsbət nəticələr verə bilər.

Gün keçdikcə artan tənhalığa ehtiyac hissi sizi tənhalığa apara bilər. Bunun fərqində olmalısınız.

Günlük planlarınızı həyata keçridikdən sonra dincəlməyə çalışın. Yenidənqurma, təmizlik və s. işlərinizi hələ bir qədər də ertələyin.

Əqrəb

Bu gün başladığınız bəzi işlərdə nəticə əldə etməyə bilərsiniz. Buna məhəl qoymamağa nə qədər çalışsanız da, zehniniz və ya bədəniniz gərgin olacaq.

Özünüzə və ya başqalarına vədlər verməməyə çalışın. Əlçatmazı arzulamaq özünü bilərəkdən məyus etməyə bərabərdir. Unutmayın ki, həyat hər şeyin təfərrüatlarından ibarətdir.

Daha az iş görmək sizin üçün daha yaxşı nəticə verəcək.

Oxatan

Bu gün sizə zövq verməyən işlərlə məşğul olmamağa çalışın. Siyahınızda nə varsa ertələyin.

Üzünüzə təbəssüm, ürəyinizə sevinc gətirəcək işlərə vaxt ayırmağa çalışın. Özünüzü mükafatlandırın. Belə olarsa, motivasiyanız artar. Sizi izləyən gözlər var. Səhv etməməyə çalışın. Bugün düşmənlərinizi üstələməməyə çalışın.

Oğlaq

Münasibətlərdəki problemləri həll etmək və köhnə yaraları sağaltmaq asan proses deyil.

Amma bu gün buna cəhd etməlisiniz. Keçmişi keçmişdə saxlamaq, onu ört-basdır edib, düşündüyünüz kimi yaşamağa davam etməyə çalışmayın.

Həssaslıqdan qaçınsanız belə ,emosiyalarınızın sizi yönləndirəcəyini unutmyaın.

Hər gün hisslərinizi boğmağa çalışmayın. Özünüzü aldatmaq ən asan yoldur.

Dolça

Yaxın ətrafınızdan biri sizinlə vacib bir məlumat paylaşacaq. Bu yeni məlumat sizin üçün gözlənilməz və ya qeyri-adi olacaq. Fikriləriniz qarışmasın.

Reaksiya verməzdən əvvəl ürəyinizi dinləməyə hazır olun və anlamaq üçün səy göstərin.

İnsanlar dərhal öz sirlərini sizinlə bölüşmək istəməsələr belə, sizin nə qədər dəstək ola biləcəyinizi başa düşdükdən sonra bəzi şeyləri paylaşmağa çalışacaqlar.

Başqasının sizə açdığı sirrinə hörmətlə yanaşmağa çalışın.

Çünki həmin sirr üzə çıxanda tək bilən siz olduğunuz üçün sizdən şübhələnə bilərlər.

Balıq

Bu gün xoşbəxtliyi xırda şeylərdə tapır, onu böyüdür və ətrafınıza təqdim edirsiniz. Bu gün istirahət etməyə çalışın. Son zamanlar çox çalışmısınız. İstirahətə ehtiyacınız var.

Sevdikləriniz üçün can atmaq sizi xoşbəxt etsə də, istirahət etmədən işə qayıda bilməzsiniz.

Bir marafonda olduğunuzu unutmayın və özünüzə fasilə verin. Görüləcək işlər siyahısını, telefonunuzu və mümkün qədər narahatlığınızı bir kənara qoyaraq dincəlməyə çalışın.




Geri qayıt