Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel 13 aprel üçün nəzərdə tutulan Çinə səfərini təxirə salıb.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Borrel özünün “Twitter” hesabından xəbər verib.
O, səfərinin təxirə düşməsinə səbəb kimi koronavirusa yoluxmasını göstərib.
“Özümü yaxşı hiss edirəm və heç bir simptom yoxdur”, - deyə o əlavə edib.