“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova təzminat ödəyib.
Şəffaflıq.az xəbər verir ki, paytaxt təmsilçisinin sabiq hücumçusu ilə müqaviləni pozması klubu 80 min manat ziyana salıb. “Ağ-qaralar” AFFA Apellyasiya Arbitraj Tribunalının qərarı əsasında təzminat vermək məcburiyyətində qalıblar.
Bundan əlavə, ödəmədə gecikmə olduğu üçün Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni əvvəlcə 44, daha sonra 20 manat cərimələyib.
Mirabdulla Abbasov 2016-2022-ci illərdə “Neftçi”nin futbolçusu olub. “Ağ-qaralar” müxtəlif illərdə onu “”Dauqavplis” (Latviya), “Sumqayıt” və “Səbail”ə icarəyə veriblər. Mirabdulla keçən ilin sentyabrından “Səbail”də çıxış edir.
Faiq Tahirov