“Son 2 ildə Azərbaycan dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 6,5 milyard manata yaxın vəsait xərclənib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən komitənin iclasında deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının 2022-ci il üzrə hesabatında bu vəsaitin bir hissəsinin audit olunması öz əksini tapıb.
“Ötən il Hesablama Palatası ilk dəfə olaraq hesabat vermədə nəticə əsaslı büdcə modelindən istifadə edib. Bu da təqdirəlayiq haldır”, - deyə T.Mirkişili bildirib.
O qeyd edib ki, 2022-ci ildə 48 audit planlaşdırılsa da, 46-sı icra edilib.