Əsas Səhifə > Gündəm > Ulduz falı: 12 aprel, 2023-cü il

Ulduz falı: 12 aprel, 2023-cü il


12-04-2023, 00:06


Şəffaflıq.az 12 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:


Qoç

Bu gün demək olar ki, tamamilə emosiyalarınızla idarə olunursunuz. Təəssüf ki, bu duyğular həqiqi istəklərinizi göstərən və əhvalınızın ortalaması olan daimi emosiyalar olmaya bilər.

Hər şey tez başlaya və bitə bilər! Duyğularınızı buraxmaq və onları boğmamaq yaxşıdır, ancaq onları yumşaltmağa çalışmalısınız.

Əks halda, daim dəyişən əhval-ruhiyyəniz və həddən artıq reaksiyalarınız sizi yora bilər. Bu vəziyyət ətrafınızdakıların diqqətindən yayınmayacaq və bu gün yaratdığınız mənfi obraz gələcəkdə başınıza problem ola bilər.

Buğa

Bu gün insanlarla problemlərinizi birbaşa həll etməsəniz, bir çox anlaşılmazlıq və problemlərlə qarşılaşa bilərsiniz. Xüsusilə mesajlaşma vasitəsilə ünsiyyət kifayət qədər mürəkkəbləşə bilər. Ciddi mövzularla maraqlanmırsınızsa, bu, böyük bir problem olmaya bilər, lakin vacib söhbətlərdən və müzakirələrdən qaçınmaq ağıllı bir hərəkət ola bilər.

Təkbətək və dürüst dialoq çox şeyi həll edə bilər. Bir az məşq və kiçik jestlərlə atmosferi yumşaltmaq və istədiyinizi əldə etmək mümkündür!

Əkizlər

Sizin də hər kəs kimi əylənməyə haqqınız var. Ancaq bunu həddindən artıq etmək,  sizi gözdən sala bilər. Əylənin, lakin diqqətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün mübarizə qaçınılmazdır.

Sizdən başqa hamının həmişə əyləndiyi və hər şeyi çox asanlıqla əldə etdiyi fikri yanlışdır.

Bunu dərk etməyiniz üçün bir az vaxt lazım ola bilər. Bu səviyyəyə çatana qədər  isə, planlarınızın hədər olmamasına diqqət yetirin.

Xərçəng 

Bu gün istəsəniz də hisslərinizi boğa bilməyəcəksiniz. Güclü hissləriniz sizi,xarakterinizi çox yaxşı əks etdirməyən bir şey söyləməyə və ya etməyə təşviq edə bilər.

Bir anlıq azadlığa ehtiyac hiss edəcəksiniz

Özünüzü qalıcı zərərlərdən qorumaq üçün diqqətli davranmağa çalışın.  Dedi-qodu obyektinə çevrilə bilərsiniz. Ümumiyyətlə, bu əlavə həssas günü sizin emosional ehtiyaclarınızı ödəyə bilən və etibar edə biləcəyiniz yaxınlarınızla keçirməyiniz ən yaxşısıdır.

Şir

Həyatda məqsədiniz nədir? Bu sual bu gün sizi yoracaq. Xəyallarınızın və planlarınızın arxasındakı əsl motivasiyanı şübhə altına ala bilərsiniz.

Hər şeyi bilmək və idarə etmək istəsəniz də, həyatda istədiyiniz mexanika yoxdur. Bununla mübarizə aparmaq əvəzinə, güzəştə getməyi öyrənməlisiniz. Enerjinizi daha çox sizi dəyişdiriə biləcək şeylərə yönəltməyə çalışın. Xüsusilə maliyyə məsələlərində bildiyiniz, lakin tətbiq etmədiyiniz bəzi şeylər gələcəkdə sizi xoşbəxt edə bilər.

Pis ehtimallara əsaslanan ssenarilər qurmaq  yerinə tədbirli olun.

Qız

Bu gün sizə hər tərəfli xoşbəxtlik gətirir. Ancaq beyniniz o qədər məşğuldur ki, siz bunu hiss etmirsiniz! Bir şeyə, keçmişdən bir xatirəyə və ya gələcək ehtimala o qədər aludə olursunuz ki, indi nəyə sahib olduğunuzu görə bilmirsiniz.

Sizin üçün çalışan insanlara vaxtında dəyər verin. Əks halda peşman ola bilərsiniz.

Unutmayın ki, insanı  çətinliklər möhkəmləndirir, gücləndirir. Odur ki,  yaşadığınız çətinliklərlə pessimistliyə qapılmayın. Yaradan sizi sevərək yaradıb.

Tərəzi

Siz ilhamlısınız, həyəcanlısınız, amma bloklanmısınız. Xüsusilə bir ailə üzvünüz tərəfindən məhdudlaşdırılmış hiss edə bilərsiniz və ya tərəfdaşınız çox vaxt və enerji tələb edə bilər.

Əgər son vaxtlar bu insana etinasız yanaşırsansa, bu, normal sayıla bilər, amma onun sadəcə eqoist olduğunu düşünürsənsə, buna qarşı çıxmalısan. Heç kimin hisslərini incitmədən yumşaq reaksiya verməyə və uyğun sərhədlər qoymağa çalışın. Özünüzü müdafiə etməkdə haqlısınız, ancaq sevdiyiniz insanlardan ayrılsanız, bu sizi mənəvi cəhətdən yaxşı hiss etdirməz.

Əqrəb

Səyyahlığınız indi qarşısıalınmaz ola bilər. Böyük xəyalınızı ertələyəcəksiniz.  Yaşadğınız şərtlərdən inciyib evə qapanmayın. Məsuliyyətləriniz çox böyük olacaq.

Bu gün böyük  bir macəra yaşayacaqsınız. Unutmayın ki, bu gün məhsuldar işləmək gələcəkdə sizə azadlıq yaradacaq. Xəyallarınıza addım-addım yaxınlaşırsınız.

Bu prosesin hər anından zövq alırısnız.

Oxatan

Bu gün istəsəniz də işləyə bilməyəcəksiniz! Əylənmək istəyirsiniz. Siz ətrafınızdakıların sevincinə görə məsuliyyət daşıdığınızı düşünürsünüz.

Evinizdə qonaq qəbul edə və ya hər hansı bir dəvətin təşkilini öhdənizə götürə bilərsiniz. Aancaq bu hərəkətlər sizə zövq verərsə, davam etdirməlisiniz. Təkbaşına iş görməyə çalışmayın.

Problemləriniz  barədə isə, heç kimə deməyin. Əslində həyat əyləncəlidir.  Sadəcə vücudunuz yorulduğu zaman dincəlin.

Oğlaq

Kimsə ən çox istəmədiyiniz şeylərdə israrlı ola bilər. Bunun önünü kəsmək üçün tədbirlər görəcəksiniz. Reaksiyalarınız kənardan baxanlara qəribə görünə bilər.

Sizin işinizə və həyatınıza bu qədər əhəmiyyət verdiyinizi heç kim bilmir.

Amma özünüzü insanlara  tanıtmağa çalışın.  Hamı bilməlidir ki,  damarınıza basdıqları zaman buna dözməyəcəksiniz.

Təhqir etməyi sevmirsiniz, amam yenə də sözlərinizdə diqqətli olun.

Dolça

Bu gün öhdəsindən gəlməli olduğunuz milyonlarla iş var və onların hamısını yerinə yetirmək çox güman ki, fövqəlbəşəri bacarıq tələb edəcək.

Özünüzə inamınız yüksəkdir, lakin bu, daha çox işi öhdənizə götürmək üçün əsas olmamalıdır.

Günün sonunda, nail olduqlarınıza diqqət yetirib,  gələcək siyahınızı daraldın.

Vaxtınızı işlərinizlə yanaşı yaxınlarınız arasında da bölməyə çalışın.  Əks halda bir gün üzü üstə düşdüyünüz zaman tənha qala bilərsiniz.

Balıq

Pul xoşbəxtliyi satın ala bilməz, lakin o, yolda yaxşı bir vasitə ola bilər.

Maliyyə məsələlərində bir qədər rahatlamısınız. İndi resurslarınızı əyləncəyə ayıra bilərsiniz. Dəyərli olmayan bir şeyə həddindən artıq pul xərcləməməyə çalışın. Yaxın gələcəkdə eşq həyatınızda dəyişikliklər gözlənilir.

Təxmin edə bilməyəcəyiniz insanlarla barışmalı olsanız da, yaxın ətrafınızdan biri ilə mübahisə edə bilərsiniz. Bu günlərdə çalışın az danışasınız.




Geri qayıt