Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / İqtisadiyyat > Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qanunsuz şəkildə azad edilmiş 82 nəfəri əvvəlki işlərinə bərpa etdirib

Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qanunsuz şəkildə azad edilmiş 82 nəfəri əvvəlki işlərinə bərpa etdirib


15-10-2019, 21:28
  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Şəffaflıq.az ƏƏSMN-ın məlumatına görə bildirir ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.
Vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Geri qayıt