Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.
Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq.
Artıq Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək şahmatçılar müəyyənləşiblər. Şahmat Federasiyasının yaydığı məlumata görə, komandanın heyəti ilə bağlı ərizə təşkilatçılara göndərilib. Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.
Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçiliblər.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.