“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Rubin” klubundan təklif alıb.
Hazırkı çalışdırıcısı Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan Kazan klubu bir neçə mütəxəssislə danışıq aparıb ki, onlardan biri də Musayev olub. Ancaq çalışdırıcı mövsümün ortasında klubunu dəyişmək istəmədiyi üçün təklifi rədd edib.
Rusiya Milli Futbol Liqasında yarışan “Rubin” 26 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşıb. Komanda Premyer Liqaya qayıtmağa iddia edir.
Mənbə: sport-express.ru