Əsas Səhifə > XARİCİ XƏBƏR > Estoniyanın baş naziri istefa verdiyini açıqladı

Estoniyanın baş naziri istefa verdiyini açıqladı


10-04-2023, 23:22


Estoniyanın Baş naziri Kaya Kallas istefa verdiyini açıqlayıb.

Bu barədə ölkənin ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini bildirib. Onun rəhbərlik etdiyi hökumət də istefa verib.

Kallas yeni hökumətin baş naziri olacaq. Onun rəhbərlik etdiyi islahatçı partiya martın 5-də keçirilən parlament seçkilərində qalib gəlib.

Yeni hökumətin tərkibinə 15 deyil, 13 nazir daxil olacaq. İslahatçılar partiyası baş nazir postundan əlavə, yeni kabinetdə 6 yer qazanacaq.

Mənbə: realnoevremya.ru

Şəffaflıq.az


Geri qayıt