“BDYPİ tərəfindən bütün sosial platformalarda yayılan videogörüntülər araşdırılır və həmin şəxslər barəsində qanunamüvafiq formada ölçü götürülür. Təəssüf doğuran məqam isə məsuliyyətə cəlb ediləcəklərini bilə-bilə insanların bu qayda pozuntularını etmələridir”.
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.
O bildirib ki, sosial platformada qanun pozuntusuna yol verən sürücünü dəstəkləyən insanlar görürük:
“Bu, böyük təəssüf doğurur. İnsan səhv etdiyi zaman bunun fərqinə varmalıdır ki, təkrar etməsin. Səhv edən insanın səhvini düzgün hərəkət kimi təqdim etməyə çalışmaq, ona dəstək olmaq cəmiyyəti uçuruma aparır”.