Əsas Səhifə > Maraqlı > “Microsoft” Qazaxıstanda Azərbaycanı da əhatə edəcək multiregional hab açır

“Microsoft” Qazaxıstanda Azərbaycanı da əhatə edəcək multiregional hab açır


10-04-2023, 16:38


“Microsoft” Qazaxıstanda Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək multiregional hab açmağı planlaşdırır.

Bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyindən xəbər verilib.

Eyni zamanda, nazirlik habın hansı şəhərdə yerləşəcəyini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin payızında Prezident Kasım-Jomart Tokayev Nyu-Yorkda “Microsoft” rəhbərliyinin nümayəndələri ilə Qazaxıstan ofisinin regional mərkəzə qədər genişləndirilməsini müzakirə edib.

Mənbə: “Sputnik” Qazaxıstan

Şəffaflıq.az


Geri qayıt