Əsas Səhifə > Kriminal > Azərbaycana 37 kq narkotikin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana 37 kq narkotikin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb - FOTO


10-04-2023, 13:32


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Aprel ayının 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar.

Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Şəffaflıq.az 


Geri qayıt