Əsas Səhifə > Cəmiyyət > Bakıda həbsdə olan şəxsin evindən tapança götürülüb

Bakıda həbsdə olan şəxsin evindən tapança götürülüb


10-04-2023, 13:20


Bakıda həbsdə olan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.

Şəffaflıq.az


Geri qayıt