“Fənərbağça”nın futbolçusu Arda Güler karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
“Barselona” 18 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Kataloniyalılar gənc oyunçunu yaxından izləyirlər.
“Fənərbağça” futbolçusunu 20 milyon avrodan aşağı qiymətə buraxmayacaq.
Mənbə: “Relevo”