Əsas Səhifə > Dünya > "BARIŞ BULAĞI" TƏŞVİŞİ! - Tramp Türkiyənin 3 nazirinə sanksiya tətbiq etdi
"BARIŞ BULAĞI" TƏŞVİŞİ! - Tramp Türkiyənin 3 nazirinə sanksiya tətbiq etdi15-10-2019, 13:00 |
Şəffaflıq.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Barış bulağı" əməliyyatını hədəfə alaraq, Türkiyənin 3 naziri və 2 nazirliyinə sanksiya tətbiq edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb. Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Donald Trampın ABŞ Maliyyə və Xarici İşlər Nazirliklərinə Türkiyənin müəyyən nazirliklərinə və şəxslərinə sanksiyalar tətbiq eləmək səlahiyyəti verən qərarı imzaladığı bildirilir. Bəyanatda deyilir: “Prezident Tramp Türkiyə hökumətinin son dövrdə Suriyanın şimalına hərbi müdaxiləsi əsas olmaqla, Suriya daxilindəki və bu ölkə ilə bağlı sahələrdəki vəziyyətin İŞİD-i məğlub eləmək kampaniyasını baltaladığı, dinc əhalini təhlükəyə atdığını və bölgədəki sülh, təhlükəsizlik və sabitliyi təhdid elədiyi fikrindədir”. Açıqlamada ABŞ-ın Maliyyə Nazirliyinin Xarici İşlər Nazirliyi ilə birlikdə müəyyənləşdirəcəyi şəkildə, Suriyada hazırda və bundan əvvəl də xidmət eləmiş türk məmurlarının ABŞ-dakı mallarının ələ keçiriləcəyi, onların bu ölkədə maliyyə əməliyyatları keçirməsinin əngəllnəcəyi bildirilir. ABŞ-ın Maliyyə Nazirliyinin yazılı açıqlamasında Türkiyənin Barış bulağı əmliyyatı çərçivəsində Suriyanın şimalındakı əmliyyatı ilə bağlı sanskiya qərarları bəyan edilib. Açıqlamada milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu və enerji və təbii sərvətlər naziri Fatih Dönmezin sanksiya siyahısına salındığı bildirilib. Bununla yanaşı, Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Enerji və Təbii Sərvətlər Nazirliyinin də sanksiya siyahısına salındığı qeyd edilib. Geri qayıt |