Lənkəranda doğuş zamanı ana ölümü olub.
APA-nın cənub bürosu xəbər verir ki, rayonun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb.
Qeysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küvəzdə saxlanılır.