Əsas Səhifə > Cəmiyyət > Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin “vicdanındadır”...
Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin “vicdanındadır”...8-04-2023, 15:00 |
“Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər” rubrikasında Güney azərbaycanli pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal Məhəmmədtağı Zehtabidən danışacağıq. O Zehtabidən ki, Güney Azərbaycan fəallarının böyük bir kəsimi bu böyük şəxsiyyəti güneylilərin fikir babası hesab edir və onun yolunu davam etdirirlər. “Müasir ədəbi azəri dili” (səs – sərf), “Ərmağane Azərbaycan” dərğisi, “İslama qədər Iran türklərinin dili və ədəbiyyatı”, “İran türklərinin əski tarixi” nəşrlərinin müəllifi olan Zehtabinin əsərləri, milli düşüncəni əks etdirən, milli oyanışı ifadə edən tezisləri, məqalələri güneyli gənclərin yolunda mayak olub, onlar bu əsərlərdən tariximizi, milli kimliyimizi öyrəniblər. Keşməkeşli və mübarizə dolu ömür yolu keçən M.Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbüstər qəsəbəsində anadan olub. Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilib. O, hər zaman yüksək təhsil almaq və elmin zirvələrinə yüksəlmək, xalqına və millətinə xidmət etmək üçün yol axtarırdı. Şəffaflıq.az
Geri qayıt |