Əsas Səhifə > Kriminal > Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU
Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU8-04-2023, 13:55 |
Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |