Əsas Səhifə > SİYASƏT > Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub


8-04-2023, 13:52


Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub.

President.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib.

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.

Şəffaflıq.az


Geri qayıt