Əsas Səhifə > Hadisə > İmişlidə kişi qonşusunun maşına od vurdu
İmişlidə kişi qonşusunun maşına od vurdu8-04-2023, 01:27 |
Sosial şəbəkələrdə İmişli rayon Bəhramtəpə qəsəbə sakininin şikayətinə polis tərəfindən baxılmaması barədə iddialar yayılıb. Şəffaflıq.az xəbər verir ki, qəsəbə sakini Qurban Babayev ədavətli olduqları şəxs tərəfindən “Shagman” markalı avtomobilinin yandırıldığını və rayon Polis Şöbəsində onun şikayətinə baxılmadığını iddia edib. Şikayətçi bu barədə ölkə başçısına müraciət də ediblər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, iddialar əsassızdır. Qeyd edilib ki, bu ilin fevral ayının 25-də İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Q.Babayev DİN-in “102” xidmətinə zəng edərək oğlu E.Babayevin idarə etdiyi “Shagman” markalı yük avtomobilin Hakim adlı şəxs tərəfindən yandırılması barədə məlumat verib: “Daxil olan məlumatla əlaqədar şöbə əməkdaşları hadisənin baş verdiyi ərazidə olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin ətrafda yaşayan H.Hüseynov qonşuları Q.Babayev və E.Babayevlə aralarında yaranmış mübahisədən sonra heç kimin olmadığı bir vaxtda E.Babayevin idarə etdiyi yük avtomobilinin təkər hissələrini qəsdən yandırmaqla özgənin əmlakına yönəlmiş hərəkətlər edib. H.Hüseynovun əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində qərar qəbul edilib və inzibati tənbeh tədbirinin tətbiq olunması üçün qərarın sürəti aidiyyatı üzrə RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilib. Daha sonra H.Hüseynov barəsində qeyd olunan maddə ilə protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün İmişli rayon məhkəməsinə göndərilib. Materialda qeyd edilən hadisənin düzgün araşdırılırmaması ilə bağlı iddialar əsassızdır”. Geri qayıt |