Əsas Səhifə > İqtisadiyyat > “Şahdəniz”dən gəlirlər iki dəfəyə yaxın artıb
“Şahdəniz”dən gəlirlər iki dəfəyə yaxın artıb7-04-2023, 12:48 |
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 646 milyon 359 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8 dəfə çoxdur. ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 359 milyon 125 min ABŞ dollarına bərabər olub. Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.04.2023 tarixinə) 128 milyon 166 min dollar olub, bu da həmçinin, 2 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin birinci rübündə ARDNF kondensatın satışından 62 milyon 494 min ABŞ dolları əldə etmişdi. Şəffaflıq.az Geri qayıt |