Əsas Səhifə > Cəmiyyət > Kişinin ailəsi ilə başqasının evinə basqın etməsinin TƏFƏRRÜATI - YENİLƏNİB
Kişinin ailəsi ilə başqasının evinə basqın etməsinin TƏFƏRRÜATI - YENİLƏNİB7-04-2023, 11:13 |
Daxili İşlər Nazirliyi Goranboyda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub. “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirərək silahlı şəxsi tərk-silah ediblər. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları - 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Şəfiqə Əliyeva 2006-cı il təvəllüdlü Asəf Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıblar. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb Mətləb Məmmədovun Asəf Yunislinin evinin yaxınlığındakı əkin sahəsində at bağlaması olub. A.Yunisli M.Məmmədovdan atı orada bağlamamasını tələb edib. Buna görə tərəflər arasında mübahisə yaranıb. M.Məmmədov qarşı tərəfə söyüş söyüb, Asəf isə buna cavab olaraq Mətləbi itələyib. Hadisə zamanı Mətləb gözündən xəsarət alaraq evə gedib. Daha sonra isə ailə üzvləri ilə birlikdə A.Yunislinin evinə basqın edib. Goranboyda silahlı insident olub. APA xəbər verir ki, Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə həmin qəsəbədə yaşayan Asəf Yunislinin evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi silahdan 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna odlu 1 dəfə atəş açıblar. Surət Məmmədov həmçinin həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanıb. Samir İsayev Geri qayıt |