Əsas Səhifə > Şou-biznes > Ayseldən ETİRAF: “Günü bir manata salonda işləyirdim” - VİDEO

Ayseldən ETİRAF: “Günü bir manata salonda işləyirdim” - VİDEO


6-04-2023, 14:29


“Anama kömək etmək üçün salonların birində köməkçi işləmişəm. Həmin vaxt universitet məsələm var idi, anama yardım etməli idim. Yanımızda salon var idi. Dedim ki, gedib işə düzəlim. Nə qazansam, dəstək olar”.

Bu sözləri “MTV xəbər”ə açıqlamasında müğənni Aysel Əlizadə deyib.

Bir zamanlar şəxsi həyatında maddi sıxıntılar yaşayan Aysel günü bir manata salonda çalışdığını etiraf edib:

“Salondakı xanımın da köməkçiyə ehtiyacı yox idi, amma ürəyi ağrımışdı, günə 1 AZN verirdi. Saç kəsirdilər, mən də süpürürdüm və 1 AZN qazanırdım. O pul mənim üçün çox böyük məbləğ idi”.

Şəffaflıq.az 


Geri qayıt