Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğandan Qara dənizdəki qaz yatağının istismarı barədə AÇIQLAMA

Ərdoğandan Qara dənizdəki qaz yatağının istismarı barədə AÇIQLAMA


6-04-2023, 13:10


“Aprelin 20-də Filyosda Qara dəniz qazını yandıracağıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daha sonra Türkiyə öz daxili qazından istifadəyə başlayacaq.

“Uzun illər üzərində çalışdığımız enerji müstəqilliyimizin atəşi həmin gün Qara dənizdən başlayaraq dalğalar şəklində bütün ölkəyə yayılacaq.

Qara dəniz qazının uzunmüddətli planlaşdırma və strategiya ilə həyata keçiriləcəyini vurğulayan Ərdoğan qeyd edib:

“Əvvəlcə kəşfiyyat gəmilərimizi aldıq, sonra qazma gəmilərimizi gətirdik, daha sonra bu gəmilərdə işləmək üçün insan resurslarımızı hazırladıq. Bunlardan sonra daxili və milli enerji siyasəti ilə Qara dənizdə 710 milyard kubmetr qaz tapdıq”.

O əlavə edib ki, axtarış və qazma işləri davam etdiriləcək:

“Türkiyəni daha da yüksəklərə qaldıracaq yeni sərmayələrimiz və layihələrimiz var”.

Mənbə: TRT Haber

Şəffaflıq.az


Geri qayıt