Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Səudiyyə Ərəbistanına səfər edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Səudiyyə Ərəbistanına səfər edib


6-04-2023, 11:49


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Səudiyyə Ərəbistanına səfər edib.

Xəbəri yayan informasiya agentliyi bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinad edib.

Qeyd olunur ki, Uilyam Börns Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin rəhbər şəxsləri ilə və krallıq rəhbərliyində təmsil olunan yüksək ranqlı məmurlarla danışıqlar aparıb.

Görüşlər zamanı U.Börns söyləyib ki, Vaşinqton Ər-Riyadla xüsusən təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməlidir.

Mənbə: Al Arabiya

Şəffaflıq.az


Geri qayıt