Əsas Səhifə > XARİCİ XƏBƏR > Bolqarıstan limanlarını Rusiya gəmilərinə tamamilə bağladı
Bolqarıstan limanlarını Rusiya gəmilərinə tamamilə bağladı6-04-2023, 10:50 |
Bolqarıstan Avropa İttifaqının sanksiyalarının tətbiqi üzrə göstərişi çərçivəsində Rusiya gəmilərinin ölkəyə girişi üçün bütün limanlarını bağlamaq qərarına gəlib. Müvafiq qadağa aprelin 8-dən qüvvəyə minəcək və Rusiyanın dəniz gəmi reyestrində qeyd olunan gəmilərə şamil ediləcək. Bolqarıstan ilk dəfə 2022-ci il aprelin 17-dən Rusiya Federasiyasının bayrağı altında üzən gəmilərin öz limanlarına girişinə qadağa qoyub. Bu tədbir Aİ-nin beşinci sanksiyalar paketində nəzərdə tutulub. Ancaq indi qadağa digər ölkələrin bayraqları altında üzən Rusiya gəmilərini də əhatə edəcək. Mənbə: PortSEurope Şəffaflıq.az Geri qayıt |