Əsas Səhifə > MANŞET / KARUSEL > XALQIN YANINDA OLAN MƏMURUN 44 YAŞI TAMAM OLUR

XALQIN YANINDA OLAN MƏMURUN 44 YAŞI TAMAM OLUR


4-04-2023, 22:57


Çox xoşdur ki, bu fikri ürəklə söyləməyimizə səbəb olan insanlar həqiqətən də var. Öz səmimiyyəti, sadəliyi, yüksək intellekti və ən önəmlisi Dövlətə və dövlətçiliyə, Xalqa xidməti ilə seçilən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Cənab Nahid Rza oğlu Bağırov da onlardan biridir. 

Nahid Bağırov - 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin 242 və 151 saylı məktəblərində alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

Cənab Prezident İlham Əliyevin 05 mart 2020-ci il tarixli sərəncamı ilə o, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib. 

İsmayıllı Rayonuna İcra Başçısı təyin olunduğu gündən indiyədək Nahid Bağırov Xalqın içərisində olub, rayonda çoxsaylı tədbirlər və görüşlər keçirib. O, xüsusilə Xalqımızın həssas təbəqəsi olan Şəhid ailələri, Müharibə Veteranları və Qarabağ Qaziləri ilə dəfələrlə yaxından təmasda olub, onların problemləri və yaşayış tərzləri ilə maraqlanıb və imkan çərçivəsində həmişə onlara köməklik etmişdir. Bununla bərabər Nahid Bağırov həm də rəhbərlik etdiyi İsmayıllı Rayonunda yaşayan aztəminatlı ailələri də diqqətdə saxlayıb, işsiz olanların münasib işlə təmin olunmasına kömək edib, bütün sahələrdə qabiliyyətli və istedadlı gənc kadrlara üstünlük vermişdir. 

 


Nahid Bağırov həmçinin İsmayıllı Rayonunda abadlıq işlərinin həyata keçirilməsində, kənd təsərrüfatı sahəsində - əkinçilik və heyvandarlıqla məşğul olanları da daimi diqqətdə saxlayıb qanunamüvafiq tövsiyyələr vermiş və imkan daxilində öz köməkliyini əsirgəməmişdir. 

Bəli, məmur kəlməsi qulağa nə qədər uzaq, yad, təkəbbürlü biri kimi səslənsə də, yuxarıda qeyd etdiklərimiz səbəbindən Nahid Rza oğlu  Bağırov kimi sadə məmur bütün bu fikirləri alt-üst etdi. Onun kimi sadə, bizlərdən biri, ölkə rəhbərinin tapşırıqlarını yüksək səviyyədə icra edən, işində məsuliyyətli bir insanı tanıdıq. Onu da qeyd edək ki, Nahid Bağırov kimi sadə insan, sadə məmur həqiqətən də ölkəmizdə çox azdır. Nahid Bağırovun uğur və nailiyyətlərinin zəminində duran əsas prinsip məhz budur. Hər zaman yolunuz açıq və işıqlı olsun dəyərli Nahid Bağırov. 


Sizi təbrik edirik, Doğum gününüz - 44 yaşınız mübarək olsun. 


Hörmətlə, “Şəffaflıq” qəzetinin kollektivi

adından, qəzetin təsisçisi, baş redaktor

Vahid İsmayılov 



Geri qayıt