Əsas Səhifə > İdman > Azərbaycan idmançılarının ilin ilk rübündə qazandığı medalların sayı açıqlanıb
Azərbaycan idmançılarının ilin ilk rübündə qazandığı medalların sayı açıqlanıb3-04-2023, 23:04 |
Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb. Nazirlikdən verilən məlumata görə, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunların 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafat olub. Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar. Şəffaflıq.az Geri qayıt |