Əsas Səhifə > İqtisadiyyat > Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO31-03-2023, 16:27 |
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev deyib. O bildirib ki, bərpası mümkün olan evlərin tikintisi tamamlanır, dam örtüklərinin vurulması yekunlaşır: “Eyni zamanda, fasad, dekor və interyer işləri paralel olaraq davam etdirilir”. Memarın sözlərinə görə, Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün doqquz su anbarı, yağış sularının toplanması üçün üç anbar və təmizləyici qurğunun tikintisi davam etdirilir. Elnur Abdullayev Laçında sakinlərin iş yerləri ilə təmin olunması üçün müəyyən müəssisələrin – idman-sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisinin davam etdirildiyini qeyd edib. O bildirib ki, həmçinin Zabux və Sus kəndlərində də tikinti-quruculuq işləri aparılır. Memar diqqətə çatdırıb ki, kəndlərdən birində 224 ev, digərində isə 73 ev nəzərdə tutulub, amma bu rəqəmlər dəyişə bilər. O əlavə edib ki, evlər müasir standartlara cavab verir. Elnur Abdullayev işğal zamanı Laçın şəhərinin yaşıllıq zonasının ekoloji terrora məruz qaldığı deyib. O bildirib ki, buna baxmayaraq, yaşıllıq zonalarının salınması, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir. Şəffaflıq.az Geri qayıt |