Əsas Səhifə > Cəmiyyət > Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb


31-03-2023, 12:46


Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları azalaraq 80,85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.


Geri qayıt