Əsas Səhifə > Hadisə > Bakıda bir yaşlı körpə qəzada ağır xəsarət alıb
Bakıda bir yaşlı körpə qəzada ağır xəsarət alıb31-03-2023, 09:59 |
Bakının Xətai rayonunda bir yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az məlumatına görə, Babək prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |