Əsas Səhifə > İdman > Azərbaycan çempionatı oyununda 11 qol vuruldu
Azərbaycan çempionatı oyununda 11 qol vuruldu30-03-2023, 18:41 |
Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilir. Şəffaflıq.az xəbər verir ki, “Araz Naxçıvan”la “Turan Tovuz”un oyunu məhsuldarlığı ilə diqqət çəkib. Tovuzda keçirilən qarşılaşmada 11 qol vurulub. Qonaqların 6:5 hesablı qələbə qazandıqları qarşılaşmada toplardan ikisini komandalar öz qapılarına vurublar. Maraqlıdır ki, avtoqollar ardıcıl - 29 və 30-cu dəqiqələrdə qeydə alınıblar. I Divizion XXII tur “Turan Tovuz-2” - “Araz Naxçıvan” - 5:6 “Turan Tovuz-2”: Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (öz qapısına), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71 “Araz Naxçıvan”: Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (öz qapısına), Fəhmin Muradbəyli, 72 Geri qayıt |