Əsas Səhifə > Cəmiyyət > Bakıda şagirdin məktəbdə yıxılması ilə bağlı AÇIQLAMA
Bakıda şagirdin məktəbdə yıxılması ilə bağlı AÇIQLAMA30-03-2023, 18:05 |
Bakı şəhəri 22 nömrəli tam orta məktəb şagirdin təhsil müəssisəsinin binasından yıxılması xəbərinə münasibət bildirib. Məktəbdən Oxu.Az-a verilən məlumata görə, şagirdin məktəbdə ikinci mərtəbədən yıxılması ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Bu gün 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib. Hazırda şagird evdədir, özünü yaxşı hiss edir”. Bakıda orta məktəblərin birində şagird ikinci mərtəbədən yıxılaraq xəsarət alıb. Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub. Görüntülərdə 9-cu sinif şagirdi olduğu deyilən şagirdin xərəklə təcili tibbi yardım maşınına qoyulması öz əksini tapıb. Hadisə Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə qeydə alınıb. Şagirdin hansı səbəbdən yıxılması məlum deyil. Həmin görüntüləri təqdim edirik: İlhamə Əbülfət Şəffaflıq.az Geri qayıt |