Əsas Səhifə > XARİCİ XƏBƏR > Lavrov Türkiyəyə səfər edəcək, Qafqazı müzakirə edəcək

Lavrov Türkiyəyə səfər edəcək, Qafqazı müzakirə edəcək


30-03-2023, 17:44


Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Qeyd edilib ki, səfər zamanı ikitərəfli məsələlər, o cümlədən ticarət və enerji məsələləri müzakirə ediləcək.

Həmçinin Suriya və Ukraynadakı vəziyyət, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə mövzusu olacaq.

Mənbə: RT

Şəffaflıq.az


Geri qayıt